İranda bir həftə ərzində düyünün qiyməti kəskin bahalaşıb - FOTO
Yusif Nəzərli
13:40 05.01.2022
İqtisadiyyat
584
Ötən həftə İran hökumətinin bəzi əsas ərzaq məhsullarından alınan verginin dəyərinin 9 % artırmasının ardından ölkədə düyünün qiymətində kəskin artım müşahidə edilib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Babol Düyü Satıcıları Birliyinin rəisi Həsən Tağızadə yanvarın 4-də “İLNA” agentiyinə açıqlamasında ötən bir həftə ərzində ölkədə düyünün qiymətinin 10-20 %-ə qədər bahalaşdığını vurğulayaraq deyib ki, qiymətin artması ilə bu məhsulun tədarükü də azalıb.
Onun sözlərinə görə, istehsalçılar və əkinçilər hazırda istehsal etdikləri məhsullarını satıblar və istehsal olunan düyünün 80 faizi vasitəçilərin və böyük mağaza şəbəkələrinin əlindədir.
Xatırladaq ki, ötən həftə İbrahim Rəisi hökuməti ölkədə bir sıra əsas ərzaq məhsullarından alınan verginin 9 % artırılması ilə bağlı tapşırıq verib. Bu da təbii olaraq onsuz da böyük bir hissəsinin yoxsulluq həddinin altında əzilən xalqın yaşayışını bir az daha çətinləşdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə