İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri açıqlandı
Ayyət Əhməd
10:10 13.11.2019
İqtisadiyyat
592
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.
Sherg.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verərkən deyib.
Sənəddə bildirilib ki, gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 min manat və sair gəlirlərdən 30 000 manatlıq daxilolmalar hesabına təmin ediləcək.
Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 5 000 000 manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5 000 000 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 500 000 manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 2 000 000 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 000 000 manat, peşə standartlarının hazırlanması 2 000 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 43 000 000 min manatın yönəldilməsi nəzərdə tutulur. Qeyd edək ki, qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya