Qızıl ucuzlaşmaqda davam edir

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 150 dollardan aşağı düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 18:47-də qızılın qiyməti 3.98% azalaraq bir troya unsiyası üçün 4 149.3 dollar təşkil edib.

Saat 18:52-də isə qızıl fyuçerslərinin qiymətində eniş sürətlənib. Göstərici 4.06% azalaraq 4 145.9 dollara düşüb.

Bu, 2026-cı il avqustun 4-dən bəri qeydə alınan ən aşağı qiymətdir.

09:20

"Comex" birjasında qızıl füçerslərinin qiyməti avqustun 5-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 4250 dollar həddindən aşağı enib.

Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub.

Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, füçerslərin qiyməti 1.74% ucuzlaşaraq bir trua unsiyası üçün 4246.2 dollar təşkil edib.

Saat 05:20-yə doğru isə bu geriləmə sürətini azaldıb. Qızılın dəyəri bir trua unsiyası üçün 4251.7 dollar səviyyəsində qərarlaşıb ki, bu da əvvəlki göstəricidən 1.61% azdır.