Manata təzyiq varmı ? - AKTUAL ŞƏRH
Nihat Müzəffər
10:53 30.06.2020
İqtisadiyyat
1166
Dünyanı ağuşuna alan “COVİD-19” pandemiyası insanları sözün əsl mənasında qorxuya salıb. Pandemiya yayılan müddətdən etibarən neftin qiyməti kəskin ucuzlaşdı. Lakin son günlər çox cuzi şəkildə bahalaşma müşahidə olunur. İqtisadiyyatın bir çox sahəsində işlər dayanıb. Bu kimi deqressiv iqtisadi faktorlar yeni devalvasiya ehtimalını yaradıb. Demək olar ki, hər kəs çarəsiz şəkildə, sanki ,devalivasiyaya hazırlıq görür. Amma son zamanlar neftin qiymətinin 14 dollardan 42 dollar civarına yüksəlməsi və iqtisadiyyatın bəzi sahələrində başlayan canlanma, sanki, ümidlərin yenidən canlanmasına şərait yaradıb.
Vəziyyəti “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, hazırki şəraitdə Azərbaycan manatına ciddi təzyiq yoxdur:
“Bu ilk növbədə ötən ili iqtisadi cəhətdən müsbət saldo ilə başa vurmağımızla bağlıdır. Eyni zamanda bu ilin ilk iki ayı ərzində büdcə gəlirləri yaxşı olub. Lakin pandemiyanın təsirindən mart ayından başlayaraq neftin qiyməti 14 dollar həddinə qədər endib. Amma hazırda Azərbaycan nefti birjalarda 42-45 dollar aralığına qalxıb.
Bu kimi faktorları nəzərə aldıqda ölkədə növbəti devalivasiya təhlükəsi azalıb. İkinci bir tərəfdən pandemiyaya görə ümumi dünya iqtisadiyyatında durğunluq yaşanır. Yəni bu durum tək Azərbaycanda yaşanmır.
Bu faktorda özlüyündə manata olan təzyiqləri azaldır. Eyni zamanda hazırda bütün dövlətlərin iqtisadiyyatı ya dayanıb, ya da dayanma həddindədir. Yəni neftə tələbat azdır. Zamanla dünya iqtisadiyyatının canlanması zamanı neftə tələbat artacaq. Bu da qiymətlərə müsbət təsir göstərəcək. Bütün bu amillər onu deməyə əsas verir ki, hazırda Azərbaycan manatına təsir edəcək təzyiqlər yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm