“Brent” markalı xam neftin bir barelinin qiymətinin may və iyun aylarında 106 dollar ətrafında qalacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Məlumata görə, “Brent” neftinin spot qiyməti ötən ay kəskin şəkildə artaraq aprelin 7-də 138 dollar/barelə yüksəlib və ay ərzində orta qiymət 117 dollar/barel təşkil edib. Yaxın Şərqdə neft hasilatı artdıqca, xam neftin qiymətlərinin düşəcəyi və cari ilin 4-cü rübündə “Brent” neftinin qymətinin orta hesabla 89 dollar/barelə, 2027-ci ildə isə 79 dollar/barelə enəcəyi proqnozlaşdırılır.
EIA-ya görə, Hörmüz boğazının faktiki bağlanması qlobal neft tədarükünü məhdudlaşdırır. Qlobal neft ehtiyatlarının bu ilin ikinci rübündə gündəlik orta hesabla 8,5 milyon barel azalacağı nəzərdə tutulur.