Milli Məclisdə büdcə müzakirəsi: Sosialyönümlü xərclər çoxalır
16:30 06.11.2019
İqtisadiyyat
515
Bu gün Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirilib. İclası parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açıb. O bildirib ki, bugünkü iclasda “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə ediləcək.
Deputatın sözlərinə görə, büdcə layihəsi “Büdcə sistemi haqqında” qanuna, milli iqtisadiyyatın başlıca sektorlar üzrə Strateji Yol Xəritəsinə, habelə dünya və ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlanıb. Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ilin büdcəsini Azərbaycanın müstəqillik tarixində irihəcmli büdcə adlandıran komitə sədri deyib ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5%-i sosial sahəyə ayrılır. Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3% artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir.
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov gələn ilin büdcəsinin əsas parametrləri barədə ətraflı məlumat verərək bildirib ki, ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur, eyni zamanda gələn ilin dövlət büdcəsində xərclərin həcmi cari ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir.
Milli Məclisin komitə sədrləri - Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Rəfael Hüseynov çıxışlarında bildiriblər ki, növbəti ilin dövlət büdcəsində xərclərin optimallaşdırılaraq səmərəliliyinin daha da artırılması, əhalinin sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi qəbul edilib. 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara həssaslıqla yanaşılıb.
İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət naziri Əbülfəs Qarayev rəhbərlik etdikləri qurumların əsas büdcə parametrlərində 2020-ci il üçün nəzərdə tutulan dəyişiklikləri açıqlayıblar.
Sonra millət vəkilləri - Rauf Əliyev, Elmira Axundova, Qənirə Paşayeva, İlham Məmmədov, Jalə Əliyeva, Sədaqət Vəliyeva, Rafiq Məmmədhəsənov, Rəşad Mahmudov, Mixael Zabelin 2020-ci ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaq. Bildirilib ki, büdcə zərfinin mükəmməl formada hazırlanması, iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi strategiyası 2020-ci ildə də Azərbaycana böyük iqtisadi dividentlər qazandıracaq.
Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov iclasda səslənən təklifləri cavablandırıb və qeyd etdi ki, bir sıra təkliflər nəzərdən keçiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm