Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmadı ? – İZAH
Nihat Müzəffər
11:01 12.07.2019
İqtisadiyyat
1404
Nazim Bəydəmirli: “Bütün bunların da arxasında köklü iqtisadi səbəblər var. Həmin səbəbləri indiki vaxtda inzibati yolla aradan qaldırmaq mümkün deyil”
Ötənlərdə Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 250 manata qaldırılması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamın 2019-cu il 1 sentyabr tarixindən qüvvəyə minəcəyinə baxmayaraq elə indidən ölkə bazarlarında qiymət artımı müşahidə olunur. Sahibkarlar, satıcılar, fermerlər minumum əməkhaqqının artacağını əsas tutaraq məhsulların qiymətini süni şəkildə bahalaşdırırlar. Şübhəsiz ki, istehlakçılar buna etirazlarını ifadə edirlər.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Nazim Bəydəmirli “Sherg.az”a söyləyib ki, əməkhaqqı minimumunun artırılması normal haldır:
“Əməkhaqlarının yüksəldilməsi xəbərinin bir neçə ay öncədən mətbuatda işıqlandırılması bazarda qiymətlərin qalxmasına təsir etdi. Nə qədər xoş olmasa da, satıcıların qiymət artımını əməkhaqqı minimumunun qalxması ilə uzlaşdırması əsaslıdır. Satıcılar psixoloji və məcbur olaraq ölkədə təklif edilən məhsulların qiymətini qaldırır. Lakin məsələnin kökündə duran problem heç də bu deyil. Yəni, hökümət büdcədən əhaliyə pul paylamaqla hamını sona kimi xoşbəxt edə bilməz. Büdcədən maaş alanlar təqribən 900 min nəfərdir. Amma 900 min nəfər 10 milyon əhali deyil. Nə də dövlət əməkhaqlarını artırmaqla insanlar firavan yaşaya bilməz. Bu tendensiya heç bir ölkədə baş verməyib. Tövsiyə edərdim ki, dövlət insanların daha çox pul qazanması üçün şərait yaratsın. Bu şəraitdə liberal bazar iqtisadiyytında monopoliyanın olmaması, məmur sahibkarlığının ləğv olunması, məmurların dövlət resurslarını öz şəxsi resursları kimi istifadə etməməsi və hüquqların qorunmasından keçir. Konstitusiyada yazılır ki, “Azərbaycan hüququ dövlətdir və liberal bazar iqtisadiyyatı qurur”. Ancaq reallıqda hər bir sahə monopoliyalaşıb, son illərdə müxtəlif dövlət qurumları yaradılıb. Həmin qurumlarda müxtəlif sahibkarlarla təmasda olduğuna görə, onların göstərdiyi xidmətlərin qiymətini özləri qaldırır. Tariflər yüksəlir. Bütün bunlar da sonda vətandaşların, sahibkarların göstərəcəyi xidmətin maya dəyərinə oturur. Qiymətlərin artımı dolayı yollarla istehlakçılardan çıxır”.
Ekspert onu da əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu il mövsümi məhsulların qiymətində heç bir azalma olmadı:
“Bütün bunların da arxasında köklü iqtisadi səbəblər var. Həmin səbəbləri indiki vaxtda inzibati yolla aradan qaldırmaq mümkün deyil. Ona görə də hesab edirəm ki, hökumət iqtisadi fəaliyyəti artırmaq üçün real sahibkarlığa dəstək verməlidir. Regionlarda və kəndlərdə yaşayan fermerlərin ucuz və uzunmüddətli resurslara çıxışını təmin etməlidir. Müxtəlif güzəştlərlə insanların pay torpaqlarını becərməsinə şərait yaradılmalıdır. Ancaq o zaman ölkədə məhsul bolluğu yaranar və qiymətlər də ucuzlaşar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm