Neft bazarları “qırmızı zona”ya daxil ola bilər - Xəbərdarlıq

Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal neft ehtiyatlarının azalması və yay mövsümündə tələbatın artması fonunda neft bazarlarının “qırmızı zona”ya daxil ola biləcəyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bunu qurumun rəhbəri Fateh Birol Londondakı “Chatham House” tədqiqat mərkəzində çıxışı zamanı deyib.

O bildirib ki, yay aylarında yanacağa tələbatın pik həddə çatması, Yaxın Şərqdən yeni neft ixracının olmaması və qlobal ehtiyatların azalması iyul və avqust aylarında neft bazarında ciddi gərginlik yarada bilər.

F.Birol vurğulayıb ki, mövcud enerji böhranının həlli üçün ən mühüm addım Hörmüz boğazının tam və qeyd-şərtsiz şəkildə yenidən açılmasıdır.

Onun sözlərinə görə, boğazın bağlı qalması və Yaxın Şərqdən yeni tədarükün olmaması qlobal ehtiyatların daha da tükənməsinə səbəb olacaq.