“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı

Azərbaycan Premyer Liqasında 8-ci tur davam edir.

Teleqraf xəbər verir ki, ikinci oyun gününün matçları artıq başa çatıb.

Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş "Sabah"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlib. Matç 3:3 hesablı heç-heçə ilə bitib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.