Londonun ICE birjasında "Brent" markalı xam neftin qiyməti 21 apreldən bəri ilk dəfə olaraq barrel üçün 94 dollardan aşağı düşüb.
"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 20:54-ə olan məlumata görə, avqust ayı üçün "Brent" markalı xam neftin fyuçersləri 6,22% azalaraq barrel üçün 93,98 dollara enib.
İyul ayı üçün "WTI" fyuçersləri 6,37% azalaraq 90,45 dollar olub.