Neftin qiyməti ilə bağlı PROQNOZ: “Yaxın üç ay ərzində...” – Ucuzlaşır ?
Nihat Müzəffər
14:23 15.07.2019
İqtisadiyyat
1306
Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 2,33 ABŞ dolları və yaxud 3,54 faiz artıb. Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,11 dollar təşkil edir.
Maraqlıdır, növbəti aylarda neftin qiymət dinamikası hansı həddə qədər yüksələ bilər ? Ümumiyyətlə dünya bazarında “qara qızıl”ın qiymətinə hansı amillər təsir göstərir ?
Suallarımızı cavablandıran Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban “Sherg.az”a bildirib ki, hazırda London birjasında brent markalı neftin qiyməti 67 dollardır:
“Son zamanlar neftin qiymətində müəyyən ucuzlaşmalar, bahalaşmalar müşahidə olunur. Lakin yaxın iki-üç gün ərzində “qara qızıl”ın qiyməti artan dinamika üzrə hərəkət edir. Çünki, neft hasilatı çox olan ərazilərdəki siyasi proseslərin aktivləşməsi bu sahəyə birbaşa təsir edir.
İran körfəzində sabitliyin pozulması yenə “qara qızıl”ın dəyərini hərəkətə gətirdi. Yəni, ötən həftə İranın Böyük Britaniya tankerini saxlamaq və ya ələ keçirmək kimi xəbərlərin mediayada yayılması körfəzdə siyasi dalğanı canlardırdı. Bu proses fonunda neftin qiyməti 65 dollardan 67 dollara qədər artdı.
Eyni zamanda iyun ayının əvvəlində OPEK + formatı çərçivəsində yaxın doqquz ay ərzində neft hasilatının azaldılması ilə bağlı qərar qəbul edildi. Bu qərar bazara müsbət təsir bağışlaya bilmədi. Neftin qiyməti 65 dollardan 62 dollara endi. Həmin vaxt ABŞ-da neftin hasilat göstəricisi güman edilən proqnozlarla reallıq arasında xeyli fərq oldu.
Yəni, ABŞ-ın neft istehsalı gözləniləndən çox artıq həddə qalxdı. Bu da bazarda bolluq yaratdı. Bundan əlavə yaxın vaxtlarda bazara çox miqdarda neftin hasil olunacağı xəbəri də “qara qızıl”ın qiymətində azalmaya səbəb oldu. Həmçinin İranın neft istehsalı və hasilatı son 30 il ərzində minimum həddə enməsi və Venesuela, Liviya kimi faktorlar “qara qızıl”ın qiymətində artım yaratdı.
Opek + çərçivəsində aparılan iclaslardan yola çıxaraq proqnozlaşdırmaq olar ki, yaxın üç ay ərzində neftin qiymətində müəyyən azalmalar ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm