Parlamentdə çağırış: "Hökumət həmin şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır"
Ayyət Əhməd
09:52 13.11.2019
İqtisadiyyat
700
Milli Məclisdə gələn ilin Dövlət Büdcəsi layihəsi bu gün də müzakirələrlə davam etdirilib. Sherg.az-ın xəbərinə görə, iclasda millət vəkili Zahid Oruc vurğulayıb ki, son iki ildə yeni iki Baş nazirin iştirakı ilə büdcə layihəsi müzakirə olunur:
"Heç şübhəsiz ki, burada bir məna var. Cənab Prezident ötən 10 illər ərzində Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, yeni çağırışları qarşıya qoyub. Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son bir ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik. Hesab edirəm ki, hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır. Cənab Prezident yeni elitanı formalaşdırır.
Bu, həm də hökumət və dövlət strukturklarını əhatə etməkdədir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır. Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər. Özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır. Ümumilikdə Büdcə layihəsini yüksək qiymətləndirirəm. Bu əhalinin rifahının yaxşılaşmasına xidmət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya