Prezidentin uğurlu daxili və xarici siyasəti, hərtəfəli islahatları öz məntiqi nəticəsini verir
Fidan Həmişəyeva
12:41 12.07.2020
İqtisadiyyat
1179
Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşıb.
Hesabata əsasən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Ölkəmizdə həyata keçirilən sosial siyasət nümunəvi xarkter daşıyır.
Ölkəmizin “Davamlı inkişaf hesabatı”na görə regional lider olmasını yüksək dəyərləndirdiyini deyən millət vəkili Kamran Bayramov “Sherg.az”a açıqlamasında bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar iqtisadi inkişafın Azərbaycan modelinin əsasını qoyub:
“Bu da ölkənin iqtisadi inkişafına və əhalinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində də ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb və artmaqda davam edir”.
Milət vəkili qeyd edib ki, Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, eyni zamanda hərtəfəli islahatlar öz məntiqi nəticəsini verir:
“Ölkəmizdən fərqli olaraq qonşu dövlətlər hesabatda daha geridə qərarlaşıb. Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxstan 65-ci, Ermənistan isə 75-ci pillədə yer alıb”.
Parlament üzvü bildirib ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi cənab Prezidentin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür:
“Ümumiyyətlə, ölkəmizdə aparılan sistemli islahatlar hər zaman ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Məsələn, Dünya Bankının “Doing Biznes” reytinqində Azərbaycan hər il mövqelərində irəliləyir. 2020-ci il üzrə həmin hesabatda Azərbaycan islahatlarını inkişaf etdirən 20 ölkə sırasında yer alır. Bu, da dünya bankının ölkəmizə verdiyi yüksək qiymətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya