Qazaxıstan hadisələri uranın, rublun və “Bitcoin”in qiymətinə kəskin təsir edib
Yusif Nəzərli
06:20 06.01.2022
İqtisadiyyat
682
Qazaxıstandakı vəziyyətlə əlaqədar dünya bazarında uranın qiyməti kəskin artıb.
Bu barədə “Bloomberg” metalın dünya qiymətlərini təyin edən UxC ixtisaslaşmış platformasının məlumatlarına istinadən xəbər verir.
Yanvarın 5-i səhər uranın qiyməti kəskin artıb: onun dünya bazarlarında dəyəri səkkiz faiz artaraq bir funt üçün 45,25 dollara çatıb. Yanvarın 4-də onun dəyəri 42 dollar olub.
Qeyd edək ki, Qazaxıstan dünya üzrə uran tədarükünün təxminən 40 faizini təmin edir.
“Qısa müddətdə belə tədarüklə bağlı qeyri-müəyyənlik yaranarsa, uran sahibləri onun alış-verişindən çəkinirlər. Hazırda təchizat çatışmazlığı olmamasına baxmayaraq, bazardakı oyunçular bunun üçün ilkin şərtlərin mövcudluğundan çıxış edirlər”, - deyə UxC-nin rəhbəri Conathan Hinz bəyan edib.
Qazaxıstan hadisələri rubla da təsir edib. Moskva Birjasının məlumatına görə, rubl dollar və avroya nisbətdə ucuzlaşmaqda davam edib; Avropa valyutası ötən ilin avqustundan bəri ilk dəfə 87 rublu, dollar isə ötən ilin aprelindən bəri ilk dəfə 77 rublu ötüb.
Qazaxıstanda vəziyyət fonunda “Bitcoin”in qiyməti də 44,15 min dollara düşüb. Bunu “Coindesk” portalının məlumatları sübut edir. Bildirilir ki, “Bitcoin” dünən gün ərzində 46,99 min dollar qiymətinə satılıb, günortadan sonra isə ucuzlaşmağa başlayıb.
Xatırladaq ki, bütün dünya kriptovalyuta hasilatı potensialının təxminən 18%-i Qazaxıstanda cəmləşib. Kriptovalyuta ilə bağlı hər hansı fəaliyyət ÇXR-də qeyri-qanuni kimi tanındığından, kriptovalyuta mədənçiliyi üçün təxminən 90 min kompüter bu ölkəyə Çindən köçürülüb.
Qazaxıstanda baş verən son hadisələr dünyada “Bitcoin” istehsalının 12% azalmasına səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə