Qışa doğru mal əti bahalaşacaq -İqtisadçı-ekspert
23:00 12.08.2025
İqtisadiyyat
610
Gözlənilən odur ki, ilin sonuna qədər ətin qiyməti ən azı 20 faiz arta bilər
Qış aylarına doğru Azərbaycanda əsas strateji ərzaq məhsulu olan mal əti bahalaşa bilər. Hər il azalmaqda olan örüş yerləri iribuynuzlu maldarlıq təsərrüfatlarının sayına ciddi mənfi təsir göstərir. Lakin bahalaşmaya səbəb olacaq daha vacib amil yem xərclərinin artmasıdır. Statistik məlumatlara görə, son üç ildə heyvan yemlərinin qiyməti təxminən 80 artıb. Bu da ətin maya dəyərinə ciddi təsir göstərir.
İqtisadçı-ekspert Razi Abbasbəyli də “Sherg.az”a açıqlamasında Azərbaycan ərazisində maldarlıq təsərrüfatlarına yem tədarükü baxımından əkilən sahələrin həcminin də kəskin azaldığını deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 386 000 hektar sahədə yonca bitkisi becərilir:
“Ölkə üzrə əkinə yararlı torpaqların ümumi sahəsi təxminən 1,820,000 hektar təşkil edir. Müqayisə etsək, aydın görünür ki, maldarlıq təsərrüfatlarının təminatı üçün bu qədər yemlik əkin sahəsi nə qədər azdır. Düzdür, təkcə yonca ilə maldarlıq təsərrüfatlarının təminatı həyata keçirilmir. Ölkə səviyyəsində yem bitkilərinə ayrılmış əkin sahəsi təxminən 394 min hektardır. Bura isə təkcə maldarlıq deyil, quşçuluq və digər heyvandarlıq təsərrüfatları, o cümlədən də insanların istehlak məqsədilə tədarük edilən bitkilər də daxildir. Nəticə etibarilə də yerli tədarük daxildə maldarlıq təsərrüfatlarının yem təminatını qarşılamır. Və ciddi azalma da var. Məsələn, 2023-cü ildə ölkədə 2 505 100 baş iribuynuzlu heyvan var idisə, 2024-cü ildə bu rəqəm 2 460 000 başa qədər azalıb. Yəni 2023-cü illə müqayisədə 2024-cü ildə 45 100 baş iribuynuzlu heyvan azalıb. Əgər bu rəqəmi 2020-ci illə müqayisə etsək, o zaman ortaya daha dəhşətli rəqəmlər çıxır. 2020-ci ildə iribuynuzlu maldarlıq üzrə say 2 647,9 min baş təşkil edib. Və budur, 2020-ci ildən 2024-cü ilə qədər Azərbaycanda iribuynuzlu heyvanların sayı 187 min 900 baş azalıb. Başqa bir məqam da var. Xırdabuynuzlu maldarlıq təsərrüatlarında da azalma var. Və eyni zamanda kəsim də azalıb. Dövlət Statistika Komitəsinə görə, vətəndaş təsərrüfatlarında say azalsa da, kəsim həcmi düşüb. 2016–2017-ci illərdə xırdabuynuzlu heyvan sayı 8,7 milyon olub, 2024-cü ildə bu rəqəm 7,7–7,8 milyon səviyyəsinə enib. Azalma 1 milyon baş! Ətin bahalaşacağını şərtləndirən başqa bir amil də idxal edilən yem, yem əlavələri, dərman və s. komponentlərin qiymətinin qlobal bazarda artmasıdır. Bahalaşma yerli istehsalın maya dəyərini artırır. Nəzərə alsaq ki, ölkənin maldarlıq təsərrüfatları istehlakının təxminən 15 faizini idxal yolu ilə təmin edir və son 6 ayda idxal qiymətlərində 20 faiz artım qeydə alınıb, bu zaman ətin bahalaşacağı da qaçılmazdır. Hazırda sümüklü mal əti 1 kq üçün 15–16 AZN civarındadır. Və unutmayaq ki, predikiyaya görə qiymətlər 11–12 AZN-dən artaraq bu səviyyəyə çatıb. Gözlənilən odur ki, ilin sonuna qədər ən azı 20, ən çoxu 50 faiz bahalaşma ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual