Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Şamaxıda bədbəxt hadisə baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.