"Təqdim edilən büdcə layihəsinə diqqət yetirdikdə görürük ki, bir sıra suallar açıq qalır".
"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili Razi Nurullayev 2026-cı ilin büdcə müzakirələri zamanı deyib.
Deputat bildirib ki, büdcə gəlirlərinin böyük hissəsi hələ də neft-qaz gəlirlərindən asılı vəziyyətdədir:
"Əsas fokusu qeyri-neft qaz sektorunun inkişafına yönəltməliyik. Bu sahədə daha çox danışsaq da, real nəticə görünmür. Çünki qeyri neft sektoru əsasən neft-qaz layihələrinə bağlı inkişaf edir. Bunu real addım kimi görmək nə dərəcə doğrudur? Məsələ inflyasiya və əhalinin alıcılıq qabiliyyətdir. Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək, bu artımlar insanların minimal tələbləri fonunda əhəmiyyətini itirmiş olur. Qiymətlər sürətlə artır. Orta təbəqə və sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Artımların real bazara təsirləri çox azdır".