
Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır
Yusif Nəzərli
21:06 26.01.2022
İqtisadiyyat
595
14-dən çox rus şirkəti Qarabağda fəaliyyət göstərmək niyyətindədir
İndiyədək 14 Rusiya şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün müraciət edib. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib. Səfir bildirib ki, ötən il Rusiyadan iki biznes missiya qrupu Azərbaycana səfər edib. Onun sözlərinə görə, keçirilən biznes forumlarda iqtisadi sahədə əməkdaşlıq müzakirə olunub: “Bura Qarabağda fəaliyyət də daxildir. Rusiya şirkətləri Qarabağda kənd təsərrüfatı, tikinti materialları, dəmiryolu xətti, enerji obyektlərinin tikilməsi və s. sahələrlə bağlı müraciət ediblər. Lakin bu şirkətlərin neçəsinin müraciətinin qəbul olunacağı hələ bəlli deyil”.
Mixail Boçarnikov vurğulayıb ki, Rusiya-Azərbaycan iqtisadi sahədə aktiv əməkdaşlıq edirlər: “Ötən il prezidentlər arasında aktiv təmaslar olub. Azərbaycan və Rusiya prezidentləri 4 dəfə görüşüblər. Keçən ilin 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2,9 milyard dollar olub. Epidemioloji vəziyyət normallaşdıqdan sonra ölkələr arasında quru sərhədlər açıla bilər. Hava yolları açıqdır. Bu reylər həm vətəndaşların vacib səfərləri, həm turizm səfərlərinin həyata keçirilməsini təmin edir”. Səfir Rusiyanın təşəbbüsü ilə yaradılan iqtisadi birliklərə Azərbaycanın daxil olub-olmaması barədə bunları deyib: “Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmamaq Azərbaycanın suveren hüququdur. Bununla bağlı qiymətləndirmə doğru olmaz”.

Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı ilə bağlı “Şərq”ə danışan iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, şimal qonşumuz Azərbaycanın əsas iqtisadi tərəfdaşı, ticarət dövriyyəsi ən yüksək olan partnyorudur. Ekspert xatırladıb ki, milyonlarla həmvətənimizin Rusiyanın müxtəlif bölgələrində aktiv iqtisadi fəaliyyətlə məşğul olması iki ölkə arasındakı əlaqələrə də təsir göstərir:
“Rusiyanın qonşu ölkə kimi iqtisadi əhəmiyyəti danılmazdır. Azərbaycan heç bir qonşu ölkə ilə münasibətləri gərginləşdirmək niyyətində olmayıb. Hər zaman normal qonşuluq əlaqələrinin inkişafında maraqlı olmuşuq və bunun üçün zəruri addımlar atmışıq. Reallıq odur ki, azərbaycanlıların özlərini ən rahat və sərbəst apardıqları ölkələrdən biri Rusiyadır. O baxımdan Moskva bizim üçün əlverişli iqtisadi tərəfdaş sayılır. Əlbəttə, Rusiyanın bir çox siyasi proseslərdə baxışı, yanaşması bizi qane etmir və buna da ən yüksək səviyyədə reaksiya verilir. Lakin bütün problemlərə rəğmən, iqtisadi əməkdaşlıq axsamadan davam etdirilir”.
F.İbrahimov qeyd edib ki, Rusiya şirkətlərinin Qarabağda fəaliyyət göstərmək arzusunda olması yeni deyil:
“Bir müddət öncə xəbər yayıldı ki, Rusiyanın “Kamaz” şirkəti Azərbaycanda “K5” nəsil avtomobillər üçün xidmət mərkəzi tikəcək. Gəncə Avtomobil Zavodu ilə birlikdə Qarabağda belə bir obyektin inşası ilə bağlı razılaşmalar əldə edilib. Səfir 14 şirkət deyir, amma əldə etdiyimiz məlumata görə, daha çox rus şirkətləri Qarabağda fəaliyyət göstərmək niyyətindədir. Əlbəttə, müəyyən araşdırmalardan və seçimlərdən sonra rus şirkətlərinin Qarabağdakı quruculuq və bərpa işlərində iştirakına imkan yaratmalıyıq. Nəzərə alaq ki, qeyri-neft sektorunun, əsasən də kənd təsərrüfatının inkişaf potensialı məhz Qarabağ torpaqları ilə bağlıdır. Dünyanı iqtisadi maraqlar idarə edir. Bütün siyasi maraqların arxasında güclü iqtisadi dayaqlar olmalıdır. Əks halda siyasi iddialar da iflasa məhkumdur. Bu baxımdan Azərbaycan da Rusiya üçün önəmli strateji tərəfdaşdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı