Şamil Ayrım: "TANAP Avrasiyada xüsusi missiya daşıyan layihə kimi tarixə düşdü"
Ayyət Əhməd
07:57 02.12.2019
İqtisadiyyat
609
Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) funksiyası iqtisadi baxımdan Azərbaycanın təbii qazını Anadoluya və Avropaya nəql etməkdir. Lakin bu kəmər özündə bir sıra digər mühüm missiyaları da ehtiva edir.
Sherg.az bildirir ki, bu fikri TANAP və TAP xətlərinin qovuşmasının Avrasiyanın sosial-iqtisadi və siyasi həyatındakı rolunu şərh edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Şamil Ayrım deyib: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, digər dost və qonşu ölkələrdən də yüksəkvəzifəli şəxslərin iştirakı ilə Ədirnədə keçirilən təntənəli mərasim dünya ictimaiyyətinin diqqətini bir daha bölgəyə yönəltdi. Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin birləşməsi təkcə iqtisadi layihə kimi yox, xalqların, ölkələrin və mədəniyyətlərin inteqrasiyasına önəmli təsir göstərən uğur olaraq cəlbedicidir. Bakıdan başlayan bu boru kəməri Gürcüstan və Türkiyədən keçməklə Avropaya doğru səmt alıb. Heç şübhəsiz ki, kəmər yaxın gələcəkdə təbii qaz ixrac və idxal edən digər ölkələri də özünə doğru çəkəcək”.
TANAP-ın milyonlarla insanın rifahını yüksəldəcəyini ifadə edən Şamil Ayrım əminliklə vurğulayıb ki, bu xətt Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qitədə çoxistiqamətli sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya