"Şimal-Cənub" nəqliyyat dəhizi Azərbaycana böyük iqtisadi və siyasi dividentlər vəd edir"
Fidan Həmişəyeva
11:18 24.09.2019
İqtisadiyyat
1138
2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradıldı. Layihənin yaradılmasında məqsəd dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirməkdir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrasturukturunun yenilənməsi təmin edilib.
"Şimal-Cənub" layihəsinin reallaşmasında Azərbaycanın rolu və ölkəmizin bu layihədə iştirakı zamanı qazanacağı dvidendlər barədə Sherg.az-a danışan “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı bildirdi ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi əsasən Hindistan, İran və digər Asiya ölkələrindən Rusiyaya və Avropaya yüklərin qısa müddətə çatdırılması üçün nəzərdə tutulub.
İqtisadçı vurğulayıb ki, layihədə iştirakçı ölkələrin hamısı son dərəcə perpsektivlidir:
“Layihədə həmçinin Rusiya və Avropadan İran vasitəsilə Asiya ölkələrinə və Hind okeanı vasitəsilə bütün dünyaya yüklərin qısa zamanda çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə Suveyş kanalından keçən marşrut uzun və dolayı yolla olduğundan yüklərin daşınması ortalama 2 aya yaxın vaxt aparır. "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə isə bu müddət yarım ayadək azalır. Bu dəhlizlə 15 milyon tona yaxın yük daşınması nəzərdə tutulur”.
E.Bayramlı qeyd edib ki, layihədə Azərbaycan da öz strateji-coğrafi mövqeyi ilə seçilən vacib ölkələrdəndir:
“Bu dəhliz ölkəmiz üçün son dərəcə faydalıdır. Ona görə də, 2005-ci ildə biz layihəyə qoşulmuşuq və dəhlizin ərazimizdən keçən hissəsi demək olar ki, hazırdır. Bu istiqamətdə həm dəmiryolu, həm də avtombil yolları modernləşdirilib, çatışmayan hissələr tamamlanıb. Bundan başqa, Xəzər dənizinin imkanlarından daha geniş istifadə edə bilərik. Orta Asiya və Qafqaz arasında gəmi və bərə marşrutları var. Həmin marşrutlar tələbat artdıqca çoxalacaq. Bu dəhliz çərçivəsində tranzit ticarət əməliyyatlarının artması ölkəmizin gəlirlərinin artmasına səbəb olacaq. Eyni zamanda layihənin digər iqtisadi və siyasi dividentləri olacaq. Dəhliz sayəsində yol 1000 km-ə yaxın qısalır, daşınma xərcləri 15 faizə yaxın aşağı düşür, müddət isə 2 dəfə azalır. Hazırda dəhlizin Qərb qolu üzrə əsas problem İran ərazisində Rəşt-Astara dəmiryolunun çəkilməməsidir. Dəhlizin digər qolları Transxəzər və Şərq marşurtları (Qazaxıstan, Özbəkistan, Türkmənistan keçməklə) fəaliyyət göstərir. Türkmənistandan isə dəmiryolu İran dəmiryollarına birləşib. Ona görə də, Rusiyanın və İranın bu Rəşt-Astara dəmiryolunu maliyyələşdirməkdə o qədər də marağı yoxdur. Bunu nəzərə alan Azərbaycan hökuməti dəhlizin İran-Azərbaycan qolunun payını artırmaq üçün İrana kömək təklif elədi. Belə ki, öz dəmiryolunu İran sərhəddinədək çəkən Azərbaycan, dəmiryolunun oradan Rəştə qədər uzadılması üçün İran tərəfinə 500 milyon dollar kredit ayıra biləcəyini bəyan edib. Şübhəsiz ki, dəmiryolunun çatışmayan bu hissəsi də bitəndən sonra dəhliz daha böyük həcmdə işləyə biləcək və buradan ölkəmiz də ciddi faydalanacaq. Çünki dəhlizin Qərb qolu Şərq qoluna nisbətən daha qısa və daha rentabellidir”.
İqtisadçı bildirib ki, hesablamalara görə, dəhlizin tam işləməsi zamanı ölkəmiz təkcə tranzitdən 300 milyondan artıq gəlir götürə bilər:
“Layihə tam reallaşdıqca ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhizlərinin ən iri qovşaqlarından birinə çevriləcək. Bu isə strateji planda çox böyük iqtisadi və siyasi dividentlər vəd edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya