Sumqayıtda iqtisadi artım qeydə alınıb
08:12 11.08.2025
İqtisadiyyat
379
2025-ci ilin yanvar–iyun aylarında Sumqayıtda 2 milyard 616 milyon manatlıq ümumi məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.
APA xəbər verir ki, dövr ərzində ümumi məhsul buraxılışının 85,1 faizi istehsal sahələrinin, 14,9 faizi isə xidmət sahələrinin payına düşüb.
İlkin göstəricilərə əsasən, sənaye məhsulu və sənaye xidmətlərinin həcmi 2 milyard 103 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,5 faiz çoxdur.
Hesabat dövründə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 150 milyon manat vəsait yönəldilib.
Yanvar–iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 963 milyon manatlıq məhsul satılıb, xidmət sahələri tərəfindən isə 251 milyon manatlıq ödənişli xidmət göstərilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 9,1 faiz, ödənişli xidmətlərdən əldə olunan gəlir isə 9,5 faiz artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual