ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telefon danışığı apardığını açıqlayıb. Söhbət zamanı Vaşinqton və Brüssel arasında imzalanmış ticarət sazişinin icra müddəti diqqət mərkəzində olub.
Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə şəxsi "Truth Social" hesabında paylaşım edib.
"Mən ölkəmizin müstəqilliyinin 250-ci ildönümünə qədər möhlət verməyə razı oldum. Əks təqdirdə, təəssüf ki, onların tarifləri dərhal daha yüksək həddə çatacaq", - deyə paylaşımda qeyd olunub. Birləşmiş Ştatlar rəhbərinin sözlərinə görə, sazişin tələblərinə uyğun olaraq, Avropa İttifaqı (Aİ) ABŞ-yə tətbiq edilən rüsumları tamamilə ləğv etməlidir.