Uşaq pulunun verilməsi mütləqdir !
Fidan Həmişəyeva
15:26 14.08.2020
İqtisadiyyat
961
“Uşaqların doğum evindən çıxarılmasına qədər olan xərclər də qarşılanmalıdır”
“Doğumla bağlı birdəfəlik müavinətlər artırılmalıdır”
“Həm də aylıq müavinətlər olmalıdır ki, uşağın harmonik böyüməsi üçün valideynlər əziyyət çəkməsin”
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradılıb. Bu barədə Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli məlumat verib.
Deputat bildirib ki, parlamentin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq:
“Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.
Bəs, indiki məqamda uşaq pulunun verilməsi mümkündürmü? Buna iqtisadi potensialımız çatırmı?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, uşaq pulu müxtəlif ölkələrdə fərqli məqsədlər daşıyır. Amma əsas məqsəd dövlətin valideynlərlə bərabər uşaqlara qayğı göstərdiyini hiss etdirməkdir.
İqtisadçı vurğulayıb ki, uşaqların böyüməsi zamanı onlara lazım olan qida və qeyri-qida məhsullarını vermək üçün valideynlərin üzərinə çox yük düşür:
“Vaxtlı-vaxtında normal qidalanmayan uşaq daha çox xəstəliklərə məruz qala bilər. Sonradan dövlət həmin uşağın sağlam qalması üçün daha çox pul xərcləməli olur. Yəni uşaqların ilk yaşlarından ehtiyaclarını valideynlə bərabər dövlət çəkir ki, həmin uşaq sonra məhsuldar bir vətəndaş kimi böyüsün. Bəzən deyirlər ki, Azərbaycanda əhali sayı ilə bağlı problem yoxdur. Amma artıq bizdə də əhalinin təbii artımı aşağı səviyyədədir. Bir ailədə 2 uşağın olması adi hala çevrilib. Əvvəlki kimi çoxuşaqlı ailəyə rast gəlinmir. İndi 3 uşağı olan ailəyə çoxuşaqlı ailə kimi baxılır”.
N.Bəydəmirli qeyd edib ki, uşaq pulunun verilməsinin müxtəlif təcrübə və meyarları var:
“İqtisadi baxımdan inkişaf etmiş ölkələrdə uşaqlara nəinki 18 yaş, hətta 23-25 yaşa qədər müavinətlər verilir. Beləliklə, dövlət valideynin qayğısını üzərinə götürür. Gələcəkdə həmin gənclər dövlətə olan borcunu böyük əzmkarlıqla qaytarmağa xidmət edir. Bu mənada dövlət öz qayğısını həmişə hiss etdirməlidir. Dövlətin qayğısı daimi olmalıdır”.
Ekspertin fikrincə, Azərbaycan ailələri üçün çətinlik yaradan məqamlardan biri uşaqların doğum evindən çıxarılmasına qədər olan xərclərdir:
“Hesab edirəm ki, bu xərclər də qarşılanmalıdır. Doğumla bağlı birdəfəlik müavinətlər artırılmalıdır. Həm də aylıq müavinətlər olmalıdır ki, uşağın hərtərəfli və harmonik böyüməsi üçün valideynlər əziyyət çəkməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə