Vahid Əhmədov: "Azərbaycan üzərindən daşınan yüklərin miqdarı artacaq və gəlirlərimiz çoxalacaq"
Fidan Həmişəyeva
12:04 25.09.2019
İqtisadiyyat
1208
2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradıldı. Layihənin yaradılmasında məqsəd dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirməkdir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrasturukturunun yenilənməsi təmin edilib.
"Şimal-Cənub" layihəsinin ölkəmizə verdiyi töhfələr barədə Sherg.az-a danışan millət vəkili, iqtisadçı Vahid Əhmədov bildirib ki, Azərbaycan nəqliyyat sahəsində əsas ölkələrdən birinə çevrilməkdədir.
Deputat qeyd edib ki, son vaxtlar ölkəmizdə nəqliyyatla bağlı ciddi islahatalar aparılıb:
“Bakı-Qars dəmir yolunun çəkilməsi, İrandan Naxçıvana dəmir yolunun açılması, müxtəlif nəqliyyat vasitələrinin Azərbaycanda mərkəzləşməsi, Bakıda yeni limanın yaradılması ölkəmizin nəqliyyat dəhlizi mərkəzinə çevrilməsi üçün şərait yaradıb. Son vaxtlar Azərbaycan dəmir yolları sahəsində çoxlu işlər həyata keçirilib. Yüklərin daşınma əmsalı kəskin şəkildə artıb. Bu artım yenə də davam edir. Mütəmadi olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu barədə parlamentin iclaslarında məlumat verir. Ölkəmiz faktiki olaraq "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşmasında əsas rolu oynayır”.
V.Əhmədov vurğuladı ki, Ukrayna, Türkiyə və digər dövlətlər Azrbaycanın nəqliyyat dəhlizlərindən istifadə etmək istəyirlər:
“Onlar bu dəhlizlər vasitəsilə Orta Asiya, Çin və Yaxın Şərqə çıxmağı planlaşdırırlar. Həmçinin Çin kimi iri dövlət bu dəhlizdən istifadə edərək öz mallarını Avropaya daşımaq istəyir. Bakıda yeni ticarət limanın tikilməsi Azərbaycanda nəqliyyat sahəsində aparılan islahatlarla birbaşa əlaqəlidir. Gələcəkdə də ölkəmiz nəqliyyat sahəsində Qafqazda ən önəmli dövlətlərdən biri olmaqda davam edəcək. Beləliklə Azərbaycan üzərindən daşınan yüklərin miqdarı artacaq və gəlirlərimiz çoxalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya