
Yaxın 10 ildə ABŞ dolları dominantlığını itirməyəcək -İQTİSADÇIDAN PROQNOZ
10:43 21.05.2024
İqtisadiyyat
578
“Qərbin Rusiyaya qarşı sanksiyaları dolların qlobal iqtisadiyyatdakı roluna mənfi təsir göstərə bilər”.
“Report”un məlumatına görə, bunu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Rəhbər Komitəsinin üzvü Kristofer Uoller “Amerika dollarının qlobal iqtisadiyyatda rolu” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, dolların beynəlxalq istifadəsi üçün çətinliklərdən biri onun geoiqtisadiyyatdan birbaşa asılılığı ilə bağlıdır.
“Artan geosiyasi gərginlik, Rusiyaya qarşı sanksiyalar, Çinin yuanın istifadəsini genişləndirmək cəhdləri və iqtisadi parçalanma dolların ilk növbədə aktivlər anbarı kimi beynəlxalq istifadəsinə və onun rəsmi valyuta ehtiyatlarında istifadəsinə təsir göstərə bilər”.
O qeyd edib ki, eyni faktorlar dolların beynəlxalq ödənişlər vasitəsi kimi roluna təsir edə bilər. Eyni zamanda, dollardan qlobal ehtiyat valyuta kimi mümkün imtina ilə bağlı proqnozlar hələ də özünü doğrultmayıb:
“Bir sıra göstəricilərə görə dollar ən çox istifadə olunan valyuta olaraq qalır, o cümlədən aktivlərin saxlanması və ödəniş vasitəsi kimi”.
İqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az”a bildirib ki, yaxın 10 ildə ABŞ dollarının dominantlığını itirəcəyini gözləmir:

“Proseslərin daha çox Amerikanın dominantlığınının davam etməsi istiqamətində baş verdiyini güman edirəm. Məsələ ondan ibarətdir ki, Rusiyanın xarici valyutada olan aktivlərinə Amerika və Avropa həbs qoyub. Ancaq bu aktivləri müsadirə etmirlər. Bütün dövlətlər yığımlarının 60 faizindən çoxunu Amerika dolları ilə edir. Amerika dollarının ödəmələrdə çəkisi bəzən 70-80 faizə qədər çıxır. Əgər ABŞ bu cür valyutalara sanksiyalarda istifadənin ağını çıxarsa, digər ölkələr fikirləşə bilərlər ki, Rusiyaya qarşı bu hərəkəti edən dövlət bizə də edəər. Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatında rol almağa davam edəcək. Rubl Rusiya iqtisadiyyatına bağlı olduğuna görə və dünya iqtisadiyyatı üçün əhəmiyyət kəsb etdiyi səbəbiylə özünü qoruyacaq. Dolların ucuzlaşması Azərbaycan üçün infliyasiyanın artması və iqtisadiyyatın ucuzlaşması deməkdir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya