10 gün xəstəxanada, 72 gün dünya turunda - Rekord qırıb, tarixə düşən JURNALİST

Amerikalı jurnalist Nellie Bly (Elizabeth Jane Cochrane) gerçəyi üzə çıxarmaq üçün həyatını riskə ataraq 19-cu əsrdə böyük qalmaqal yaradıb.

Sherg.az xəbər verir ki, o, qadın psixiatrik xəstəxanasındakı ağır şəraiti ifşa etmək üçün qəsdən “dəlilik roluna girərək” xəstə kimi davranıb və Blackvell adasındakı xəstəxanaya yerləşdirilib. Orada 10 gün qalan Bly, xəstələrə qarşı pis rəftar və qeyri-insani şəraiti sənədləşdirib.

Sonradan azad edilən jurnalistin yazıları böyük ictimai rezonans doğurub və psixiatrik müəssisələrdə islahatlara səbəb olub.

Bundan əlavə, Nellie Bly daha sonra 72 günə dünya səyahəti edərək rekorda imza atıb və araşdırma jurnalistikasının əsasını qoyan simalardan biri kimi tarixə düşüb.