
İki manatlıq şillə-təpik: Ailənin iqtisadi təməli sarsıldıqca, emosional sabitlik də pozulur
09:37 28.07.2025
Sosial
314
Bakıda işsiz ər iki manata görə arvadını döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Cəlilabad rayonunda qeydiyyatda olmaqla Bakının Xətai rayonu ərazisində yaşayan, 1996-cı il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) 2016-cı ildə ailə həyatı qursa da, son vaxtlar heç bir yerdə işləməyib. Onun ailəsini isə aptekdə əczaçı işləyən həyat yoldaşı Könül dolandırıb.
Bir neçə gün öncə Elvin həyat yoldaşına mesaj yazaraq ondan siqaret almaq üçün iki manat istəyib. Həyat yoldaşı isə pulunun olmadığını deyib və Elvinə pul göndərməyib.
Axşam işdən evə gələn Könüllə Elvin arasında mübahisə yaranıb, nəticədə ər arvadına yumruq və təpik zərbələri endirib.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan qadın evdən qaçıb, hüquq-mühafizə orqanlarına məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Elvin saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxs şikayətini geri götürdüyü üçün cinayət işinə xitam verilib.
Psixoloq Zeynəb Əyyubova “Sherg.az”a bildirdi ki, maddi çətinliklər uzunmüddətli stress, qorxu və ümidsizlik hissi yaradır:

“Ailənin iqtisadi təməli sarsıldıqca, emosional sabitlik də pozulur. Xüsusilə kişi özünü ailənin “baxıcısı” kimi görürsə, bu rolu yerinə yetirə bilmədikdə daxilində ciddi gücsüzlük və dəyərsizlik hissləri yaşaya bilər. Bu da bəzi hallarda aqressiya, zorakılıq və emosional partlamalarla nəticələnə bilər. İşsizlik bir çox kişi üçün yalnız maddi yox, həm də kimlik və status itkisi deməkdir. Özünü dəyərsiz hiss edən fərd bu iç konfliktini bəzən ən yaxınlarına yönəldir. Aqressiya burada bir müdafiə mexanizmi rolunu oynayır. Amma bu, qəbulolunan və ya haqlı davranış deyil. Zorakılığa məruz qalan qadınlarda depressiya, anksiyete narahatlıq, özgüvən itkisi, travma sonrası stress pozuntusu (PTSD) kimi problemlər müşahidə olunur. Qadın özünü çıxılmaz vəziyyətdə hiss edir və çox vaxt zorakılığı “səssizcə” qəbul etməyə başlayır – bu isə həm onun, həm də uşaqların psixoloji sağlamlığı üçün təhlükəlidir. İlk növbədə qadınlar başa düşməlidirlər ki, zorakılıq heç vaxt qəbulolunan deyil. Onlara: Psixoloji dəstək,hüquqi məsləhət,sığınacaq və ya təhlükəsiz məkan təklifi, iş imkanları və iqtisadi müstəqillik üçün təlimlər təklif olunmalıdır. Həm dövlət qurumları, həm də QHT-lər bu sahədə daha fəal olmalıdırlar. Ailədaxili zorakılıq təkcə şəxsi problem deyil bu, cəmiyyətin struktural problemlərinin (işsizlik, gender rolları, sosial dəstəyin zəifliyi) əksidir. Hər bir zorakılıq halı susulduqda, gələcək nəsillərə də travma ötürülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm