ABŞ-nin Yeni İngiltərə bölgəsində göydə baş verən fövqəladə hadisə əhalini şoka salıb.
Sherg.az xəbər verir ki, NASA-nın məlumatına görə, atmosferdə parçalanan nəhəng meteor güclü partlayışa səbəb olub və binalarda təşviş yaradıb. Hadisə mayın 31-də yerli vaxtla saat 14:06-da baş verib və təsiri ətraf əyalətlərdə də hiss olunub.
Meteor saatda təxminən 120 min kilometr sürətlə daxil olub, parçalanma zamanı 300 ton TNT-yə bərabər ekvivalenti enerji verib. NASA və NOAA məlumatlarına görə, bu, son illərin ən güclü sonik partlayışlarından biridir.
Patlayışın ardından bir çox vətəndaş yüksək səs və sarsıntı barədə məlumat verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) hadisənin zəlzələ yox, atmosferdəki meteor partlayışı olduğunu təsdiqləyib. Hələlik itki və ciddi maddi ziyan qeydə alınmayıb.