Çin süni intellekt komandirini sınaqdan keçirdi: İnsanları geridə qoydu

Çin Xalq Azadlıq Ordusu və Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən hazırlanan hərbi süni intellekt sistemi simulyasiyalarda insan komandirlərdən daha sürətli və dəqiq qərarlar verib.

Sherg.az xarici mediaya istinadən xəbər verir kiç, Tayvan ssenarisinə bənzər çıxarma əməliyyatlarında sınaqdan keçirilən sistem, rabitə pozulsa belə yüksək performans göstərib və OODA dövrü prosesini 43% qısaldıb.

Süni intellekt həmçinin “müharibə dumanı” şəraitində riskləri erkən aşkar edərək əlavə kəşfiyyat təklif edib. Bununla belə, sistem hələ tam inkişaf etməyib və yalnız müəyyən döyüş ssenariləri üzrə ixtisaslaşıb.