Alimlər indiyədək təxminən 1,2 milyon canlı növünü qeydə alıblar. Lakin araşdırmalara görə Yer üzündə təxminən 8,7 milyon bitki, heyvan və göbələk növü mövcuddur.
Mikroorqanizmlər də nəzərə alınarsa, bu rəqəm trilyonlara çata bilər.
Sherg.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, qurudakı canlıların 86 faizi, dənizlərdəki növlərin isə 91 faizi hələ də kəşf edilməyib.
Biomüxtəliflik qida istehsalı, dərman hazırlanması, ekoloji tarazlığın qorunması və insan sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Lakin iqlim dəyişikliyi, yaşayış mühitlərinin məhv edilməsi və insan fəaliyyəti səbəbindən 40 mindən çox növ yox olmaq təhlükəsi ilə üz-üzədir.
Mütəxəssislər plastik istifadəsinin azaldılması, qida israfının qarşısının alınması və təbiətin qorunmasının biomüxtəlifliyin saxlanmasına töhfə verəcəyini bildirirlər.