Dünyanın ən ləzzətli çörəkləri seçildi: qoxusu və dadı ilə...

Dünyanın müxtəlif ölkələrində hazırlanmış ən məşhur və dadlı çörək növləri açıqlanıb. Asiyanın ədviyyatlı yastı çörəklərindən Avropanın ənənəvi sadə, kənd üslublu çörəklərinə qədər geniş siyahı gastronomiya həvəskarlarının diqqətini çəkir.

Sherg.az xəbər verir ki, siyahıda Hindistanın sarımsaqlı naan (Yumşaq və elastik yastı çörəkdir. Adətən yoğurtlu xəmir ilə hazırlanır və təndirdə bişirilir. Üzərinə kərə yağı və ya sarımsaq əlavə edilir)və amritsari – (Şimali Hindistana (Amritsar şəhərinə) məxsus daha dolğun və içi doldurulmuş çörək növüdür. İçərisinə kartof, soğan və ədviyyatlar qoyulur, sobada və ya təndirdə bişirilir. Naandan daha xırtıldayan və ədviyyatlı olur). kulça, İtaliyanın focaccia növləri, Kolumbiyanın pan de bono, Malayziyanın roti canai, Portuqaliyanın bolo do caco və digər ölkələrin məşhur çörəkləri yer alıb.

Bundan əlavə, Braziliyanın pao de queijo, Singapurun roti prata, Fransanın pain de campagne, İranın nane barbari və Ukraynanın pampuçka kimi çörəkləri də dünyanın ən sevilən dadları arasında göstərilib.