İnsanların hansı tarixlərdə daha çox və ya daha az doğulduğunu göstərən xəritə hazırlanıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, xəritə ABŞ-da 1994–2014-cü illər arasında qeydə alınan doğum məlumatları əsasında hazırlanıb. Cədvəldə rəng tündləşdikcə həmin tarixdə doğulanların sayının daha çox olduğu göstərilir.
Məlumata görə, ən çox doğum yayın sonu və sentyabr ayında qeydə alınıb. Xüsusilə 9 və 19 sentyabr, eləcə də 12, 18, 25 və 26 sentyabr tarixləri diqqət çəkir.
Ən az doğum isə böyük bayram günlərinə təsadüf edir. ABŞ-da 24 və 25 dekabr, 1 yanvar və 4 iyul ən az doğum olan tarixlər sırasındadır. Yanvar, fevral və mart ayları da xəritədə nisbətən az doğumla seçilir.
Mütəxəssislər bunu mövsümi amillərlə yanaşı, planlı doğuş və qeysəriyyə əməliyyatlarının bayram günləri və bəzi tarixlərə daha az təyin edilməsi ilə əlaqələndirirlər.