"Ferrari"nin ilk elektromobilinin qiyməti hərracda rekord qırıb

ABŞ-nin Kaliforniya ştatının Montere şəhərindəki "Sotheby's" hərracında tam elektrikli "Ferrari Luce"un ilk nümunəsi rekord qıraraq 40 milyon dollara satılıb.

"Report"un məlumatına görə, "Şassi 0" adlandırılan avtomobil "Ferrari Luce" modelinin ilk istehsal nümunəsidir.

Avtomobil xüsusi xatirə lövhəsi ilə təchiz olunub və "Ferrari"nin satışından əldə edilən gəliri xeyriyyə təşkilatlarına bağışlayacaq.

"Bloomberg"in məlumatına görə, nümunə hərracda indiyə qədər satılan ən bahalı yeni avtomobil rekordu qırıb.

Xatırladaq ki, "Ferrari"nin ilk elektromobili 26 mayda təqdim edilib. Təqdimatdan sonra şirkətin səhmləri 8 % - təxminən 5 milyard avroya qədər düşüb.

Şirkətin "Formula 1" komandasına da rəhbərlik etmiş "Ferrari"nin keçmiş prezidenti Luka di Montezemolo əvvəllər belə avtomobilin buraxılmasının brendin əfsanəvi imicinə xələl gətirə biləcəyini bildirib.