İstanbul Boğazında dəniz suyunun firuzəyi rəng alması ilə birlikdə maraqlı görüntülər qeydə alınıb.
Sherg.az xəbər verir ki, Yavuz Sultan Səlim Körpüsü ətrafında sürü halında hərəkət edən delfinlər suyun səthində görünərək göz oxşayan mənzərə yaradıb.
Suyun üzərinə sıçrayaraq bir-biri ilə yarışan delfinlər əsl vizual şou təqdim edib. Nadir anlar havadan çəkilərək görüntülənib.
Firuzəyi rəngə bürünən İstanbul boğazında qeydə alınan bu görüntülər sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.