Hansı bürc necə ata olur?

Həyatımızı birləşdirdiyimiz kişinin bizə necə davranması qədər övladımıza necə ata olacağı da böyük əhəmiyyət daşıyır.

Sherg.az bürclərə görə atalıq xüsusiyyətləri təqdim edir:

Qoç bürcü: Qoç kişiləri liderlik etməyi və yol göstərməyi sevirlər. Buna görə də övladları üçün bir növ həyat bələdçisi ola bilərlər. Lakin bəzən inadkar və sərt fikirlidirlər. Xüsusilə yeniyetməlik dövründə bu xüsusiyyətlərinə görə övladları ilə qarşıdurmalar yaşaya bilərlər. Buna baxmayaraq, həm əyləncəli, həm zarafatcıl, həm də istiqamətverici olduqları üçün yaxşı ata sayılırlar.

Buğa bürcü: Buğa kişiləri dostluğa və yaxın münasibətə dəyər versələr də, övladları ilə münasibətləri daha çox ata-övlad çərçivəsində olur. Səbirli və sakitdirlər, lakin əsəbləşdikdə nəzarəti itirirlər və münasibətdə gərginlik yarana bilər. Ümumilikdə sevgi dolu və dayanıqlı atadırlar, amma əsəblərinə diqqət edilməlidir.

Əkizlər bürcü: Əkizlər bürcünün ən əsas xüsusiyyəti dəyişkənlikdir. Həyatlarında hərəkətlilik sevdikləri üçün övladlarının həyatını da olduqca aktiv edirlər. Lakin bu dəyişkənlik bəzən tərbiyə və intizamda sabitlik yaratmalarına mane olur. Buna baxmayaraq, övladı ilə birlikdə kitab oxumağı, sosial tədbirlərə qatılmağı və söhbət etməyi sevir. İlk müəllimi atası olsun istəyənlər üçün uyğun bir atadır.

Xərçəng bürcü: Ən ailəcanlı ataları Xərçəng kişiləridir. Uşaqlarla çox yaxından maraqlanır, sanki ikinci ana kimi davranırlar. Lakin həddindən artıq qoruyucu olmaları uşaqlarda özünəinam problemlərinə səbəb ola bilər. Maddi qazancı ailə üçün vasitə kimi görür və ailənin rifahını ön planda saxlayır.

Şir bürcü: Şir kişiləri üçün qürur hər şeydən önəmlidir. Övladları da onlar üçün qürur mənbəyidir. Təhsil, tərbiyə və nizam-intizamla çox ciddi maraqlanırlar, bəzən bu həddən artıq nəzarətə çevrilir. Bir az narsistik tərəfləri olduğu üçün uşağın davamlı təsdiq axtarmasına səbəb olurlar. Amma qoruyucu və güclü atadırlar.

Qız bürcü: Detallara diqqətli və səliqəli Qız kişiləri uşaqları ilə daha çox müəyyən yaşdan sonra güclü bağ qururlar. O mərhələdən sonra isə çox yaxşı dost olurlar. Uşağı bir fərd kimi qəbul edir və ona sərbəst seçim imkanı yaradır. Bu da uşağın erkən yetkinləşməsinə kömək edir.

Tərəzi bürcü: Tərəzi kişiləri ata olduqda balanslı olurlar. Uşaqları həyatlarının mərkəzi olmasa da, vacib hissəsidir. Bəzən həyat yoldaşını uşağa qarşı qısqana bilərlər.

Əqrəb bürcü: Əqrəb kişiləri sərt və avtoritar ata olurlar. Bu, bəzən övladla aralarında məsafə yaradır. Lakin öz doğru bildiklərindən geri çəkilməzlər. Övladları onların qaydalarına uyğun davrandıqda isə olduqca mehriban və şən ata olurlar.

Oxatan bürcü: Oxatan kişiləri övladı ilə uşaq kimi oynaya bilən atadır. Həm oyun yoldaşı, həm də ata rolunu birlikdə daşıyırlar. Səhvləri belə yumorla izah etdikləri üçün uşaqla aralarında sərt divarlar yaranmır. Lakin bəzən həddindən artıq rahat davranış ana tərəfdə narahatlıq yaradır.

Oğlaq bürcü: Oğlaq kişiləri ənənəvi və ciddi atadır. Ailədə hər kəsin rolu aydındır. Uşağı sevsələr də, nizam-intizam üçün cəza verməkdən çəkinməzlər. Sakit və sabit ailə mühiti yaradırlar.

Dolça bürcü: Dolça kişiləri bəzən məsuliyyətsiz olurlar. Bu da ailə içində vəzifələrin tez-tez pozulmasına gətirib çıxarır. Uşaqla münasibətdə bəzən emosional məsafə hiss olunur. Azadlığa çox önəm verdikləri üçün bağlılıq yarada bilmirlər.

Balıq bürcü: Balıq kişiləri övladlarına çox bağlı atadırlar. Uşaqla güclü emosional əlaqə qururlar və onunla oynamağı çox sevirlər. Lakin sərhəd qoymaqda çətinlik çəkirlər. Uşağın qaydaları pozmasına göz yumaraq onu “şərik” edə bilərlər. Evdə daha sərt tərəf çox vaxt ana olur.