Meyvələr niyə vaxtından əvvəl tökülür? - Bağbanlar üçün 5 əsas səbəb

Alma, armud, gavalı və digər meyvə ağaclarında meyvələrin vaxtından əvvəl tökülməsi bağbanların ən çox rastlaşdığı problemlərdən biridir. Mütəxəssislər bunun əsas səbəblərini və qarşısının alınması yollarını açıqlayıblar.

Sherg.az xəbər verir ki, meyvələrin tökülməsinin ilk səbəbi ağacın təbii özünütənzimləmə mexanizmidir. Ağac qidalandıra bilməyəcəyi meyvələri özü tökərək məhsulu tarazlaşdırır.

İkinci səbəb meyvəyeyən zərərvericilərdir. Zədələnmiş meyvələr vaxtından əvvəl yerə düşür. Buna görə tökülən meyvələrin hər gün yığılması və zərərvericilərə qarşı mübarizə aparılması tövsiyə olunur.

Meyvələrin tökülməsinə səbəb olan digər amillər isə isti hava və su çatışmazlığı, qida maddələrinin azlığı, eləcə də bəzi alma sortlarında rast gəlinən bitki hormonlarının çatışmazlığıdır.

Mütəxəssislər ağacların vaxtında suvarılmasını, mövsümə uyğun gübrələnməsini və zərərvericilərə qarşı profilaktik tədbirlərin görülməsini məhsul itkisini minimuma endirmək üçün əsas şərtlər hesab edirlər.