Nadir təbiət hadisəsi: UFOya bənzər buludlar heyrət yaratdı

Türkiyənin Hakkari bölgəsinin Yüksekova rayonunda səmada nadir rast gəlinən mercekvari (lentikulyar) buludlar görünüb və şəhər sakinlərinin böyük marağına səbəb olub.

Sherg.az xəbər verir ki, səhər saatlarında açıq səmada qəfil yaranan bu buludlar “UFO buludları” kimi də tanınır və bölgənin müxtəlif yerlərindən aydın şəkildə müşahidə edilib.

Mütəxəssislərə görə, bu tip buludlar güclü hava axınlarının dağlıq ərazilərlə qarşılaşması nəticəsində yaranır və nadir meteoroloji hadisə hesab olunur.