Özbək gəlin 4 milyon manatlıq qızıllarla yoxa çıxdı

   Aydının qonşu rayonu Milasa bağlı Çomakdağ Kızılağaç məhəlləsində nadir rast gəlinən beynəlxalq dələduzluq hadisəsi baş verib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən məşhur pəhləvanların iştirak etdiyi və əsrlərdir davam edən gecə güləşi ənənəsinin keçirildiyi məhəllədə üç gün, üç gecə davam edən toy mərasimi ilə ailə quran Özbəkistan əsilli gəlin Mamora Burxanova toyda ona taxılan təxminən 4 milyon lirə dəyərində qızıl-zinət əşyalarını götürərək səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Səhər oyandıqda gəlini və milyonlarla lirə dəyərində qızılları tapa bilməyən Atəşoğlu ailəsi böyük şok yaşayıb.

Ailə sonradan təşkil olunmuş saxta gəlin dələduzluğunun qurbanı olduqlarını anlayıb. Hadisə ilə bağlı polisə və Respublika Baş Prokurorluğuna müraciət edilərək şikayət ərizəsi verilib.

Özbəkistan əsilli Mamora Burxanovanın tapılması üçün axtarışlar davam edir.