Türkiyədə 18 ailə birləşərək ekoloji kənd qurur

Türkiyənin Balıkəsir vilayətində 11 ailənin iştirakı ilə başlayan ekoloji kənd layihəsinin yaxın vaxtlarda 18 ailəni əhatə etməsi planlaşdırılır.

Sherg.az xəbər verir ki, layihə iştirakçıları məqsədlərinin yaşayış məntəqəsi yaratmaq deyil, həmrəylik, birgə istehsal və paylaşım prinsiplərinə əsaslanan icma formalaşdırmaq olduğunu bildirirlər.

Layihənin sözçüsü Öndər Yılman bildirib ki, kənddə təbii kənd təsərrüfatı, ortaq istehsal sahələri və mədəni fəaliyyətlər üçün imkanlar yaradılacaq. Onun sözlərinə görə, təşəbbüs kommersiya məqsədi daşımır və əsas hədəf ekoloji, sakit və dayanışma əsaslı həyat qurmaqdır.

İştirakçılar daş evlər tikməyi, bərpa olunan enerjidən istifadəni və ətraf mühitə minimum təsir göstərən həyat tərzini təşviq etməyi planlaşdırırlar.