"2026 JH2" adlı iri asteroid mayın 18-də Yer planetinin yaxınlığından rekord dərəcədə az məsafədən keçib.
Oxu.Az xəbər verir ki, sözügedən kosmik obyektin ölçüsü mavi balina ilə müqayisə olunur.
Asteroid saatda 31 min kilometrdən çox sürətlə hərəkət edib. Astronomlar onun uçuşunu canlı yayım vasitəsilə izləyiblər.
"2026 JH2" asteroidi 2026-cı il mayın 10-da Arizona ştatındakı Maunt-Lemmon rəsədxanası tərəfindən aşkar edilib. Avropa Kosmik Agentliyinin hesablamalarına görə, səma cisminin diametri 16-35 metr arasındadır.
Asteroid Yerə təxminən 91 min kilometr məsafəyə qədər yaxınlaşıb. Bu, Yer ilə Ay arasındakı məsafənin təxminən 24%-nə bərabərdir. Buna baxmayaraq, alimlər onun Yer və Ay üçün heç bir təhlükə yaratmadığını bildiriblər.
Asteroidin uçuşu İtaliyadakı robotlaşdırılmış teleskoplar vasitəsilə "Virtual Teleskop" layihəsi çərçivəsində izlənilib.
Məlumata görə, "2026 JH2" bundan sonra Yupiterin orbitinə doğru hərəkət edəcək. Onun Günəş ətrafında tam dövr etməsi 3.8 il çəkəcək. Səma cisminin Yerə növbəti yaxın keçidi isə 2060-cı ildə baş tutacaq.