Yeni virus təhlükəsi -Bataqlıqdan yayılır, beyinə nüfuz edir
09:51 11.09.2024
Sağlamlıq
611
Alimlər Çində aşkarlanan yeni virusla bağlı xəbərdarlıq edib. Bu, bataqlıq ərazilərdəki gənələrin insanları sancması nəticəsində orqanizmə daxil olub, beyində problemlər yarada bilən yeni virusdur.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “bataqlıq virusu (WELV)” ilk dəfə Çinin şimalındakı böyük bir bataqlıq parkında gənə tərəfindən dişlənildiyini bildirən 61 yaşlı kişidə aşkar edilib. Naməlum xəstə parka getdikdən beş gün sonra qızdırması, baş ağrısı və qusma halları yaranıb. 2019-cu ilin iyun ayına təsadüf edən bu hadisə keçən həftə "New England Journal of Medicine"də ətraflı müzakirə edilib. Yeni kəşf edilən ortonairovirus Çin tədqiqatçılarını virusu daşıya bilən gənə və heyvanları axtarmağa vadar edib. Tədqiqatçılar təxminən 14,600 gənə toplayıb təhlil etdilər və beş gənə növündə WELV virusunun sübutunu tapdılar. Əsasən Çin, Rusiya və Mərkəzi Avropada rast gəlinən "Haemaphysalis concinna" gənə növü ən çox sınaqdan keçirilmiş müsbət növ kimi qeydə alınıb. Tədqiqatçılar həmçinin virusu Çində 17 xəstədə və gənə dişləməsindən təxminən bir ay sonra simptomlar göstərən müxtəlif qoyun, atlar, donuz və gəmiricilərdə aşkar ediblər. Laborator siçanlarda isə virus beyinə çatan ölümcül infeksiyalara səbəb olub. Virusa yoluxma nəticəsində insanlarda qızdırma, başgicəllənmə, baş ağrısı, yorğunluq, artrit, bel ağrısı və ürəkbulanma kimi əlamətlər müşahidə edilir. Bundan əlavə, komaya düşən şəxsin beynini və onurğa beynini əhatə edən mayedə yüksək ağ qan hüceyrələrinin sayı aşkar edilib. Virus toxumaların zədələnməsinə və qan laxtalanmasına səbəb olur. Lakin sevindirici hal budur ki, virusa yoluxan şəxslərin hamısı sağalır və müalicədən 4-15 gün sonra evə buraxılırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region