ABŞ-da yaşayan azərbaycanlı mühariəbədə əsir düşənlərlə bağlı film çəkib
16:34 28.03.2021
Mədəniyyət
694
ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov müharibədə əsir düşənlərə həsr olunmuş qısametrajlı Breath ("Nəfəs") filmini çəkib. Bu barədə Sputnik Azərbaycan-a rejissorun özü məlumat verib. Film düşməndən azad edilmiş doğma torpaqlara qayıdan Bəxtiyar adlı şəxsdən bəhs edir.
Film ABŞ-ın Old stone pictures və Black Garden Company şirkətlərinin istehsalıdır. Elmar Bayramov filmin təkcə rejissoru deyil, həm də icraçı prodüseri, Ülviyyə Heydərova ilə birlikdə senaristidir. Filmin prodüserləri Elçin Ağazadə, Vüqar Yusifoğlu, Rəşad Dadaşov, operatoru Ruslan Ağazadə, bəstəkarı Vüqar Camalzadə, montajçıları Şahmar Haşımov, Röyal İsmayılov, Elmar Bayramov, ikinci rejissoru Cabir Hacıyevdir. Filmdə baş rolu aktyor Vüqar Hacıqədir ifa edir. Həmçinin filmdə əməkdar artist Rasim Cəfər, aktyorlar Tural Əhməd, Günay Əhməd çəkiliblər.
Çəkiliş Azərbaycanda baş tutub. Pandemiya ilə əlaqədar Bayramov ABŞ-dan vətəninə gələ bilməyib,ona görə də çəkişilərə onlayn formatda başçılıq edib.
Filmdə müharibə vaxtı əsir düşmüş Bəxtiyardan bəhs olunur. İllər sonra doğma kəndi işğaldan azad olunduqdan sonra Bəxtiyar ora getmək qərarına gəlir. O sanki əsirlikdə olan zaman yaşadığı hissləri yenidən yaşamalı olur.
Elmar Bayramov bir neçə il əvvəl Azərbaycandan ABŞ-a köçərək film çəkməyə davam edib. Rejissor həmçinin ABŞ-ın Urban Action Showcase festivalının laureatıdır. Festivalda onun qısametrajlı "Oops" filmi "Ən yaxşı döyüş səhnəsi" nominasiyasında ən yaxşı olub. Bayramovun Let me run ("Qoy qaçım") və Ladybug ("Uğur böcəyi") filmləri də bir çox beynəlxalq festivallarda mükafata layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Survivor 2026”nın final tarixi açıqlanıb
20:42 15.05.2026
Şou
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm