Alim Qasımov qızı ilə dəvət alıb
İsmayıl Qocayev
09:07 13.07.2019
Mədəniyyət
1208
Amerikada «Arpa çayı»nın qala gecəsi keçiriləcək
Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova ayın bu isti günlərində hələ ki, dincəlməyə vaxtı olmadığını bildirib. «Şərq»ə açıqlamasında xanəndə bunları söylədi: «Hələ ki, evdəyik. Harada dincələcəyimizə qərar verməmişik. Yəqin yaxın günlərdə dincəlmək üçün istirahət məkanlarından birinə üz tuta bilərik».
Xanəndə payız aylarında iki böyük qastrol səfərinə gedəcəklərini də dilə gətirdi: «Sentyabrda Amerikaya, Los-Ancelesə səfərimiz planlaşdırılıb. İranda bir film çəkilib - «Arpa çayı». O filmin Amerikada qala gecəsi keçiriləcək. Filmdə mənim və Alim müəllimin səsindən vokal səsi olaraq istifadə olunub. Filmin təqdimat mərasiminə biz də dəvət olunmuşuq».
Söhbət əsnasında Fərqanə Qasımova onu da qeyd etdi ki, payız aylarında Fransaya da qastrol səfəri nəzərdə tutulub. İlin sonuna qədər isə Fərqanə Qasımovanın solo-konsert layihəsi də gözlənilir: «Əslində sənətkar istəyir ki, tez-tez solo-konsert versin. Bunun üçün hazırlıq, maddi vəsait lazımdı. İnşallah çatdıra bilsək, solo-konsert proqramı ilə yekun vura bilərəm».
Tahirə Məmmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm