Aybəniz Haşımova: "Şəhid qadını olmaq ağır hissdir"
İsmayıl Qocayev
16:39 09.09.2019
Mədəniyyət
1208
Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı, şəhid Xalid Quliyevin ad günüdür. Bu barədə Əməkdar artist sosial şəbəkə hesabında paylaşım edib. O, şəhid həyat yoldaşı haqqında bunları qeyd edib: "Bu gün doğum günündür, ay yaraşıqlı oğlan... Xəbərin varmı 57 yaşın oldu? Hər oğulun işi deyil, bu yaşa qədər belə gənc qala, xəbərin varmı? Ayrı nə deyim ki, ürəyim soyuya, ay qaməti qamət, yerişi-duruşu, qəlbi şüşə kimi təmiz, dosta əsl dost, yara yar, ailəyə, millətə əsl oğul olanım, yüzlərlə düşmənin belini qıran igidim, bunlardan da xəbərin var?! Nə isə, onsuz da ürəyim boşalmayacaq... Sözüm elə burda bitsə yaxşıdır. Bircə sonda bunu deyəcəm ki, nə yaxşı ki, varımsan, nə yaxşı ki, doğulmuşlardansan! Doğum günün mübarək, Aynişanımızın atası qəhrəman Xalid!".
Aybəniz Haşımova ilə əlaqə saxlayıb şəhid həyat yoldaşı ilə bağlı xatirələrini bölüşməyini istədik. Maraqlandıq ki, Aynişan atasının doğum gününü necə qeyd edir: «Şəhid ailəsi olmaq əlbəttə ki, fəxrdi. Amma bir həqiqət də var ki, ailə itkisi ağırdı, bir qadının ailə başçısını itirməsi çətindi, bir övladın atasız böyüməsi ağır dərddi. İllər keçsə də, o yara qaysaq bağlasa belə, yenə də incidir, qəlbimizdə yarası qanayır. Biz nə qədər varıq, Xalidin də adı yaşayacaq. Bilirsiz, illər o dərdi unutdura bilmir. Bütün hallarda o, vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda, qorunması üçün şəhid olub. Biz də bu şəhidliklə qürur duyuruq. Aynişan və mənim üçün bu günü qeyd etmək həm də çətindi. Artıq 27 ildir istər atasının, istərsə də öz doğum günündə Aynişan sabahı atasının məzarlığı üstünə baş çəkməklə başlayır. Atasız qızın böyüməsi həqiqətən çətindi. Aynişanın doğum gününü, ya da atasının doğum gününü qeyd etməsi başqa qızlardan, övladlardan fərqlənir. Atalı-analı uşaqların adətən doğum gününü qeyd etməsi ilə Aynişanın özəl günləri fərqli olur. Biz məzarlığa gedirik. Çiçəkləri düzüb onunla dərdləşirik. Təbii ki, göz yaşını axıtmadan mümkün deyil.
Amma biz çalışırıq ki, o göz yaşını kənardan görən olmasın. O dərdi içimizdə çəkirik. İnsanları üzməyi sevmirik. Bir də şəhid qızı başı dik dayanmalıdır. Mən hər zaman deyirəm. Millətim sağ olsun, dövlətim var olsun, qaldı şəhid qadını olmaq ağır hissdi. Şəhid qadını olmaq məsuliyyətdi. Yaralı ürəyimi bu gün də açmayın. Yaralı qəlbim danışsa gözlərdə yaş qalmaz. Mən vətəni sevən insanam. Amma həyat yoldaşım torpağa sevgini məndə bir az da böyütdü. Mənə vətəni sevməyi bir də Xalid öyrətdi. Ondan sonra mən bu torpağa daha çox bağlandım. Bu torpağın hər tozunun qədrini bilməyi öyrəndim. Çünki o torpaq uğrunda yüzlərlə igid oğul sinəsini düşmən gülləsinə sipər edib, ana dediyimiz vətənini qoruyub. Mən millətimdən də razıyam ki, bizə hər zaman hörmətlə yanaşıblar.
O məni səhnədə necə görmək istəyirdisə, mən o Aybənizi yaşatmağa çalışdım. O məni səhnədə qürurlu görməyi sevirdi. Mən o Aybənizi öldürmədim ki, Xalidin ruhu məndən incik düşməsin».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq