Bakı Dövlət Sirkində bilet fırıldağı - İDDİA
09:15 25.12.2019
Mədəniyyət
576
Bakı Dövlət Sirki nümayiş olunacaq tamaşalar üçün biletləri kassadan satmır və biletlərin elan olunmazdan əvvəl topdansatışı həyata keçirilir.
Bunu Report-a açıqlamasında şikayətçi S.Bağırov deyib.
Onun sözlərinə görə, Bakı Dövlət Sirki biletləri satandan sonra bilet satışı barədə elan verir:
“Bilet almaq üçün getdim və təsəvvür edin ki, Bakı Dövlət Sirkinin kassasının qarşısında heç kim yox idi. Kassanın qarşısında yalnız yanvar ayının 1-nə kimi biletlərin satışı haqqında elan vurulub. Məsələn, dekabrın 28-də 15:00 üçün, 29-na 12:00 və 15:00 üçün biletlər qalmışdı.
Ayın 1-i üçün isə yalnız saat 12:00-ın biletləri qalmışdı. Mən ayın 2-si üçün bilet istəyirdim. Mənə ayın 2-si üçün biletlərin satışa çıxarılmadığı bildirildi və dedilər ki, nə zaman satışa çıxarılacağı da bilinmir.
Həmin zaman daha bir müştəri də gəldi. Məlum oldu ki, o da günlərlə zəng edərək sirklə əlaqə saxlasa da, ona ayın 1-i üçün heç bir bilet satışı olmadığı deyilib. Növbəti günü zəng edəndə isə ayın 1-i üçün satış elan olunduğu bildirilsə də, yalnız saat 12:00-a bilet qaldığı məlum oldu, öz də 20 manata. Bu, necə olur?
Hər gün zəng vurmağına baxmayaraq, deyirmişlər bilet yoxdur, amma satış günü zəng edəndə deyirlər, yalnız 12 üçün, özü də 20 manatlıq bilet qalıb. Bununla bağlı biz sirkin administratoru ilə görüşdük və şikayətimizi bildirdik ki, hər gün zəng edən zaman bilet satışının elan olunmadığı deyilir, amma bura gələn zaman artıq biletlərin satıldığının şahidi oluruq.
Biz ən əsası biletlərin kassadan satışının niyə həyata keçirilməməsinin səbəbini soruşduq. O bizə dedi ki, biletləri kampaniyalara və şirkətlərə veririk”.
Şikayətçi qeyd edib ki, sirkin administratoru yanvarın 2-nə bilet olduğunu desə də, bunu kassada satmağın sərf etmədiyini bildirib:
“O, bizim ikimizə də istədiyimiz tarixin saatına uyğun bilet verdi. Yəni deməyim odur ki, sirk biletləri kassadan satmır. Çünki topdansatış şəkildə satması ona sərf edir. Tamam fərqli şəkildə satış həyata keçirilir. Mənimlə birlikdə bilet almağa gələn müştəri deyir ki, ayın 1-i üçün bilet satışının sabahdan başladıldığını desələr də, əslində, satışın 1 həftə öncə başladıldığı məlum olub. Buna görə də kassalarda bilet qalmır. Bununla da müştəriləri aldadırlar.
Eyni zamanda, yanvarın 2-si üçün biletlərin satışını kassada qoymurlar və satışın elan olunacağını deyirlər. Amma həmin biletləri artıq müxtəlif təşkilatlara paylayıblar, kassalara isə verməyiblər. Burada məqsəd nədir? Axı müştəri sirk tərəfindən biletlərin həqiqətən də təşkilatlara verilib-verilmədiyini haradan bilsin? Bəlkə, ələ verirlər? Yəni, tamamilə nizam-intizamsız bir satış həyata keçirilir”.
Bakı Dövlət Sirkinin administratoru Tapdıq Tapdıqov isə Report-a bildirilib ki, biletlər idarələrə verilir və biletlərin pulu sirkin hesabına köçürülür:
“Biz müştəriləri aldatmırıq. Müştəri bir ay öncə satışa çıxarılan bilet üçün bu gün gəlirsə, bu, bizim günahımız deyil. Biz axı müştərinin gəlişini gözləməli deyilik. Biz ötən il xaricdən gələn artistin də pulunu borca girərək ödəmişik. Biletlərin gizli satışının həyata keçirilməsi barədə məlumatlar əsassızdır.
Biletlər yalnız elan olunduqdan sonra satışa çıxarılır. Bunu da hamı bilir. Bu gün biz siyahını yazıb kassalara təhvil vermişik. Həmin siyahıda yanvarın 12-nə qədər satışa çıxarılan bütün biletlər təqdim olunub. Amma qiymətlər barədə mən heç nə deyə bilmərəm. Çünki bilet qalıbsa kassaya verilib.
Əgər müştəri ayın 1-nə bilet tapa bilmirsə, 2-nə və ya 3-nə alsın. Mütləq vacib deyil ki, ayın 1-nə və ya 2-nə alsın. Mart ayında topdansatışı ləğv edib kassa satışına keçən zaman xeyli borca düşdük. Ondan sonra yenidən biletlərin topdansatışına qərar verdik.
Çünki bir tamaşa üçün bir idarə kütləvi şəkildə bilet alırsa, mən bu cür müştərini necə itirim? Axı müştərilərin irad tutması ilə deyil, onlar fikirləşməlidir ki, biz də bu tamaşalara pul xərcləyirik və bu pulu çıxarmalıyıq. Biz çalışırıq ki, tamaşaçı zalında boş yer qalmasın. Biletlərin topdansatış və pərakəndə satışı qiymətində fərq yoxdur, hər iki halda eyni qiymətə satılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region