“Daha xaricdə deyəcəyik ki, biz güclü dövlətin nümayəndələriyik”
Yusif Sultanoğlu
11:48 16.11.2020
Mədəniyyət
1356
“Qələbə sevincini yaşamaq böyük xoşbəxtikdir”
“Müqəddəs torpaqlarımızın geri qaytarılması millətimizi çox sevindirir”
Sentyabrın 27-i Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatları noybarın 10-da ordumuzun qələbəsi ilə sona çatıb. Düşmən hərtərəfli şəkildə geri çəkilib. Döyüş meydanında səsi kəsilən Ermənistanın başı heç siyasi arenada da ötmür. Ara-bir baş nazirləri gizləndiyi dəlikdən canlı yayımlar açaraq xalqına səslənir. Məğlubiyyətinə don geyindirməyə, millətinə özünü yenidən sevdirməyə çalışır. Axı nə məcburdur? Məgər hər şey göz qabağında deyilmi?Əlbəttə elədir.
Biz də səbr və təmkinlə rayonlarımızı boşaltmaqlarını gözləyirik. Bəyannamədə müəyyən edilmiş tarixlərdə əzəli torpaqlarımızdan çıxıb getməkləri üçün səbirsizlənirik. O günü də görəcəyik. Necə ki, Şuşamızı qədəmləri ilə gülüstana çevirən əsgərlərimizi görüb fərəhlənirik. Eləcə də igidlərimiz qarış-qarış bütün Qarabağ torpağında gəzəcəklər.
Şübhəsiz ki, Qarabağımız azaddır, hürdür.
“Sherg.az”la təəssüratlarını bölüşən əməkdar artist Təyyar Bayramov da böyük qələbədən dolayı sevincli olduğunu söyləyib:
“30 ildir münaqişə davam edirdi. 28 ildir ki, Qarabağ torpaqlarına həsrət qalmışdıq. Görürsüz bədnam qonşularımız işğaldan azad olunan torpaqlarımızı nə günə qoyublar. Şükürlər olsun ki, qüdrətli ordumuzun və qətiyyətli Ali Baş Komandanımızın səyləri nəticəsində torpaqlarımızı düşmənlərdən geri aldıq. Bu yolda şəhidlərimiz oldu. Onların ruhu qarşısında baş əyirik. Əsgərlərimiz tarix yazdı. Bütün dünyaya göstərdilər ki, Azərbaycanın qüdrətli ordusu var. Təbii ki, xalq olaraq sevincliyik. Qələbə sevinci yaşamaq böyük xoşbəxtlikdir. İnşallah digər rayonlarımız da tamamilə boşaldılacaq. Alnı açıq, üzü ağ bütün dünya ölkələrində deyəcəyik ki, biz azərbaycanlıyıq, güclü dövlətin nümayəndələriyik. Bir gözümüz gülür, biri ağlayır. Müqəddəs torpaqlarımızın geri qaytarılması millətimizi çox sevindirir”.
T. Bayramov deyib ki, 44 günlük döyüş müddətində sənət adamları cəbhə bölgələrinə hərbçilərin görüşünə gediblər:
“Əsgərimizin bir saniyəlik həyəcanı əvəzolunmazdır. Bir sözlə Azərbaycan ordusuna, cənab Prezidentə eşq olsun.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm