Elnarə Abdullayeva xarici dillərdə əsərlər ifa edəcək?! - Açıqlama
Yusif Sultanoğlu
08:33 05.09.2020
Mədəniyyət
1656
Elnarə Abdullayeva: "Nəsə planlaşdırsam, bilmək olmaz əlimdə qalar"
Mədəniyyətini, adət-ənənəsini dünyaya tanıtmaq hər bir xalq üçün vacib məsələlərdən sayılır. Millətin mədəniyyətini təcəssüm edən ən yaxşı sahələrdən biri, bəlkə də birincisi musiqidir. Nə xoş bizə ki, bənzərsiz musiqimiz, əvəzolunmaz sənət nümunələrimiz var. Tanrının Azərbaycan torpağına bəxş etdiyi muğam və saysız-hesabsız sənətkarlarımız incəsənətimizin düzgün təmsilində mühüm rol oynayır.
Lakin müasir dünyanın bir sıra tələbləri də var. Onlarla ayaqlaşmaq xarici auditoriyada çıxış etmək üçün əsas şərtdir. Təbii ki, söhbət ingilisdilli mahnılardan gedir. Estrada müğənnilərimiz zaman-zaman xarici dildə mahnılar yazdırır və ya hazır olanları ifa edirlər. Lakin milli musiqimizin nümayəndələrindən belə addımlar görmürük.
Məsələn, muğam ifaçılarının xarici dillərdə əsərlər ifa etməsi daha maraqlı və cəlbedici olmazmı?
Sualımıza cavab tapmaq məqsədilə tanınmış xanəndə Elnarə Abdullayeva ilə əlaqə saxladıq. Məsələ ilə bağlı “Sherg.az”a danışan sənətkar pandemiyaya da diqqət çəkib:
“Mən kiməm, nə düşünə bilərəm? Ortada düşünməyə nə var ki? Hələ dayanmışıq, durmuşuq. Fikirləşmirik ki, muğamı belə oxusaq, xaricdə necə qulaq asarlar. Vallah, ağlımda bununla bağlı nə isə var, ya da bir iş görəcəm desəm yalan olar. Pandemiya qurtarandan sonra Allah qismət eləsin hər şey düzəlsin, yol-iz açılsın.
Onda fikirləşmək olar. İndi heç nə düşünmürəm. Əziyyət çəkib planlaşdırsam neyləyəcəm? Əlimdə qalacaq. Bir yer açıq deyil ki, gedib, yazasan. Beş nəfər bir yerə yığışa bilmir, adam pandemiyadan qorxur.
3 nəfər oturanda da görürsən ki, insanın qəlbində narahatçılıq yaranır. Düşünürsən ki, birdən kimdəsə nə isə xəstəlik olar. Heç nə fikirləşmək olmur. Amma fikrinizin üstündə qalın, özümüzə gələndən sonra çalışarıq ki, nə isə alındıraq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya