Hər gün bir yeni tarix, hər gün bir yeni zəfər !
Yusif Sultanoğlu
11:40 23.10.2020
Mədəniyyət
1324
“Azərbaycan xalqı doğrudan da qəhrəmandır, cəngavərdir. Haqqının tapdalanmağına imkan verməyəcək”
“Çünki biz haqq yolundayıq və hüquqlarımızı qoruyuruq. Vətənimizin keşiyində dayanırıq”
“Bunun üçün balalarımız, qardaşlarımız, dostlarımız döyüşə gedir. Bir sözlə Azərbaycan xalqı, Ali Baş Komandan var olsun”
Nakam şair Mikayıl Müşfiq o məşhur şeirdə deyir:
“Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham.
Yazaydım səhər-axşam.”
İndi Azərbaycan xalqı bu misraları fərqli şəkildə şüar edir: “Hər gün bir yeni tarix, hər gün bir yeni zəfər”.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz uğurlu döyüş əməliyyatını davam etdirir. Bunun nəticəsidir ki, Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri düşmən tapdağından azad edilib. Eyni zamanda bir sıra kəndlərimizə, qəsəbələrimizə, əhəmiyyətli mövqedə yerləşən yüksəkliklərimizə üç rəngli bayrağımız sancılıb. İşğaldan azad olunan ərazilərin adlarını bir-bir sadalasaq, siyahı uzanar.
Yaxşısı budur “Sherg.az”ın növbəti həmsöhbəti sevilən aktyor, xalq artisti İlham Namiq Kamalın fikirlərinə keçid edək. Sənətkar hər kəs kimi sevincli olduğunu dilə gətirərək deyib ki, Azərbaycan xalqı 30 ildir, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal edən ermənilərin ucbatından çox əziyyət çəkib:
“Möhtərəm prezident, Ali Baş Komandan bu illər ərzində həm siyasi danışıqlarda, həm də dövlətin iqtisadi məsələlərində çox hazırlıqlı idi. Yüksək səviyyəli, uğurlu əməliyyatlar keçirdi. Nəticədə zəfərlər qazanırıq. Xüsusi olaraq, gənclərimizdən danışmaq istərdim. Onlar böyük ruh yüksəkliyi ilə cəbhəyə gedirlər. Vətən müharibəsini mahiyyətini anlayırlar ki, torpaqlarımız uğrunda döyüşürük. Hətta Şamaxıda olanda müharibəyə o qədər könüllü yazılan gördüm ki...
Çağırışla yox, könüllü şəkildə gedənlər idi. Görürsünüz cəbhədə böyük zəfərlərimiz var. Hələ uğurlarımız irəlidədir. Onu da deyim ki, indi hər bir azərbaycanlı həm özünü, həm də dövləti qoruyur. Çünki indi çətin zamandır. Bir tərəfdən koronavirusa qarşı mübarizə aparırıq , digər tərəfdən də cəbhədə erməni mənfurlarına qarşı döyüşürük.
Azərbaycan xalqı doğrudan da qəhrəmandır, cəngavərdir. Haqqının tapdalanmağına imkan verməyəcək. Çünki biz haqq yolundayıq və hüquqlarımızı qoruyuruq. Vətənimizin keşiyində dayanırıq. Bunun üçün balalarımız, qardaşlarımız, dostlarımız döyüşə gedir. Bir sözlə Azərbaycan xalqı, Ali Baş Komandan var olsun.”
Xalq artisti həmçinin ermənilərin mülki əhalini hədəf alıan təxribatlarından da söz açıb:
“ Bir misal çəkim. Sirkdə bütün heyvanları əhliləşdirirlər. Amma iki heyvan qurdla, əqrəbdən başqa...Hətta qurd əqrəbin yanında toya getməlidir. İndi bizim düşmənlərimiz də əqrəb cinsindəndir.
Hər mənada insanları sancmağa,pislik etməyə hazırdırlar.
Meydanda qalib gələ bilmirlər. Ona görə mülki əhaliyə sataşırlar. Amma vətəndaşlar yerindən tərpənmir, hamı öz evdindədir. Təkrar deyirəm Azərbaycan xalqı doğrudan da qəhrəmandır.
Millətimiz bilir ki, Vətən müharibəsidir. Burda hər kəs “əlini daşın atına qoymalıdır”. İstər arxa cəbhədə, istər ön cəbhədə əlimizdən gələni əsirgəməməliyik.
O baxımdan bu əqrəblərin qanını tökməsən mümkün deyil. Sözün əsl mənasında əqrəb millətdir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial