İcra başçısı qran-pri mükafatçısını təltif etdi-Foto
18:21 30.12.2019
Mədəniyyət
1220
Dünən Sumqayıt şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bayram şənliyi keçirilib.
Tədbirdə iştirak edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini qarşıdan gələn hər iki bayram münasibəti ilə təbrik edib, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, onun azərbaycanlıların həmrəyliyinə verdiyi diqqət və önəmdən, bu sahədə gördüyü işlərdən söz açıb. Daha sonra icra başçısı şəhərin sosial-iqtisadi və mədəni həyatında aktivlik sərgiləyən, bu sahədə xidmətləri olan bir qrup şəxsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı lə təltif edib. Təltif olunanlar arasında bu il Qazaxıstanda qazandığı qran-pri mükafatı ilə gündəmdə olan Sumqayıt Musiqi Kollecinin müəllimi, tanınmış tarzən Ayaz İmranov da olub.
Bu münasibətlə Moderator.az-a açıqlama verən məşhur tarzən ona göstərilən diqqətə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təşəkkür edib, şəhərin mədəni həyatındakı inqilabi dəyişikliklərə toxunub:
“Öncə mənə göstərilən bu etimada görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova təşəkkür edirəm. Belə bir təltifə layiq görülmək mənim üçün olduqca qürurvericidir.
Bildiyiniz kimi, son illər Sumqayıtın sosial-iqtisadi həyatında olduğu kimi, mədəni həyatında da mühüm, inqilabi dəyişiliklər, müsbət yeniliklər baş verməkdədir. Şəhərdə “Nizami” kinoteatrının yaradılması, Muğam Mərkəzinin tikilməsi, Sumqayıt Dövlət Dram Teatrının yüksək səviyyədə təmir edilməsi, şəhər sakinləri arasında mədəni tədbirlərdə iştirakın təşviq edilməsi və s. Sumqayıtda mədəniyyət və incəsənət sahəsində baş verən mühüm yeniliklərin əyani nümunəsidir. Bütün bu addımlar mahiyyət etibari ilə Sumqayıt şəhərinin mədəni həyatında yeni bir eranın başlanması deməkdir. Odur ki, biz də mədəniyyət adamları, Sumqayıt Musiqi Kollecinin kollektivi olaraq bu mütərəqqi yeniliklərə dəstək verməli, hamımız üçün doğma olan şəhərimizin çiçəklənməsi, mədəni inkişafı baxımından əlimizdən gələni etməliyik.
Sonda bir daha cənab Zakir Fərəcova öz təşəkkürümü bildirir, ona şəhərimizin tərəqqisi baxımından olduqca əhəmiyyətli olan bu mühüm fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region