“Keşikçidağ” və “Avey” qoruqları beynəlxalq konfransda təmsil olunub
08:22 01.11.2019
Mədəniyyət
591
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayonunda yerləşən “Keşikçidağ” və Qazax rayonunda yerləşən “Avey” Dövlət tarix-mədəniyyət qoruqları Çində keçirilən beynəlxalq elmi-praktik konfransda təmsil olunub.
Lent.az -ın məlumatına görə, qoruqların ərazisində yerləşən abidələr - mağaralar, məbədlər, kurqanlar, qala, qədim inanc yeri, mağaraların divar və tavanlarında yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri olan freskalar Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə də marağa səbəb olub.
Oktyabrın 28-30-da keçirilən IV Beynəlxalq Mural Forumuna qoruqlar tərəfindən “Qafqaz Albaniyasının qəbir abidələri” adlı elmi məruzə göndərilib. Məruzə təşkilatçılarda böyük maraq oyatdığından forumun gündəliyinə salınıb və qoruq əməkdaşları foruma dəvət olunub. Forumda məruzəçilər konfrans iştirakçılarının ona ünvanlanan suallarına ətraflı cavab verib, həmçinin qoruğa aid olan maddi-mədəniyyət nümunələrinin əks olunduğu slayd təqdim olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılan, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olub. Qoruqlarda maddi-mədəniyyət nümunələri zamanla fiziki təsirlərə məruz qalmasına baxmayaraq öz tarixi simalarını indiyədək qoruyub saxlayıb. Qeyd olunub ki, mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də turistlərin cəlb edilməsi tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynayar. Məruzəni konfrans iştirakçıları maraqla qarşılayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm